Fotoğraf | Cemal Süreya

Dayanacaqda üç nəfər.Cemal Sureya
Kişi, qadın və uşaq.

Kişinin əlləri ciblərində.
Qadın uşağın əlini tutmuş.

kişi hüzünlü... 
Hüzünlü mahnılar kimi hüznlü.

qadın gözəl...
Gözəl xatirələr kimi gözəl.

uşaq...
Gözəl xatirələr kimi hüznlü,
Hüzünlü mahnılar kimi gözəl. 
 

3 şərh

_BUMERANQ_
Cemal Süreya yaradıcılığı maraqlıdı mənimçün. Qəşəng fikirləri var.
Amma həmişə öz-özümə deyirdim ki, mənbilən bu soyadı Süreyya olmalıdı axı ,görəsən, niyə Süreya?! Bir müddət bunu mexaniki səhv kimi qəbul etmişdim, amma nəhayət bir gün öyrənmək nəsib oldu. Deməli belə:
Cemal Süreyya tələbə vaxtı Muazzez Akkay adlı bir qızı sevirmiş(qrup yoldaşı imiş). Onunla eyni qrupda oxuyan şair dostu Sezai Karakoçun da həmin qızdan xoşu gəlirmiş. Amma bu iki dost bilmirmiş ki, ikisi də eyni qızı sevir. Hərəsi öz aləmində qıza şeirlər yazırmış. Nəysə bir gün elə olur ki, bunlar öyrənirlər ki, bəs ikisi də eyni qızı sevir. Heç biri öz yolundan dönmür və dostluq münasibətlərini pozurlar. Və başlayırlar qız uğrunda mubarizə aparmağa və həmçinin mərc edirlər ki, kız kimə yox desə o soy adından bir hərf qurban verəcək. Yəni, Sezai Karakoç yox Sezai Karkoç və Cemal Süreyya yox Cemal Süreya. Həmçinin belə bir razılığa da gəlirlər ki, bu adı rəsmi olaraq şəxsiyyət vəsiqəsində də qeyd etdirsinlər. Məqsəd o idi ki, uduzan həyatı boyu bunu xatırlasın
Məlum olduğu kimi, mərci Cemal Süreya uduzur və bu eşq onun soyadına(əslində həyatında) belə bir iz buraxır.
JAVIER_ZANETTI
Salam _BUMERANQ_ xanım yenə??? Ok. Buyrun qurbandı ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++))))
JAVIER_ZANETTI
Apollon çox sağol bu gözel yazı üçün.